Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Davudoğluna çox ağır ittiham: “Uşaq qatili”

AKP yenidən təkbaşına iqtidar olmaq üçün əsgəri, polisi və kürd gənclərini ölümə göndərir.

Bu barədə jurnalistlərə açıqlamasında Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirdaş deyib. O, Türkiyə Baş naziri Əhməd Davudoğlunun ünvanına kəskin ittihamlar səsləndirib:

“Cizrədə uşaqlar öldürülür və onların dəfn olunmasına icazə verilmir. Mən Davudoğluna bunu xatırlatmaq istəyirəm. Siz uşaq qatili olaraq, uşaqların dəfn olunmasına icazə verməyən baş nazir olaraq tarixə düşmüsünüz və bunları nə üçün etdiyinizi bütün Türkiyə ictimaiyyəti bilir. Yenidən təkbaşına iqtidar olmaq üçün əsgəri, polisi və kürd gənclərini ölümə göndərirsiniz. İnsanlar sizin səltənətiniz üçün ölmək məcburiyyətindədirmi? “Övladlarımızı fəda edəcəyik”, - deyirsiniz, amma heç birinizin oğlu hərbi xidmətdə olmayıb”.
610 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu