Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

AİP-in yeni rəhbərliyi medianı maraqlandıran sualları cavablandırıb

Bu gün Azərbaycan İslam Partiyasının mərkəzi ofisində AİP-in sədr əvəzi İlham Əliyevin tanıtımı ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda ölkənin media nümayəndələri iştirak edərək, onları maraqlandıran suallarla bağlı yeni sədrə müraciət ediblər.

Konfrans zamanı media işçilərinin ünvanladıqları sualları və AİP-in sədr əvəzi İlham Əliyev tərəfindən verilən cavabları sizlərə təqdim edirik:


- Zəhmət olmasa tərcümeyi-halınız barədə məlumat verərdiniz?

- Mən Əliyev İlham 1977-ci avqust ayının 11-də Binə kəndində dünyaya göz açmışam. Orta təhsilimi 149 saylı məktəbdə bitirdikdən sonra, təhsilimi davam etdirmək üçün İran islam Respublikasına gedərək orada uzun müddət, 2004-cü ilə qədər təhsil almışam. 2004-cü ildən Azərbaycana qayıtdıqdan sonra ölkədəki fəaliyyətimiz islami maarifləndirmə sahəsində olub. Ölkəyə qayıtdıqdan sonra ölkədə baş verən ictimai-siyasi, dini məsələlərlə bağlı baş verənlər proseslərdən yaxından iştirak etmişik. Bundan sonra da bu istiqamətdə öz fəaliyyətimizi davam etdirəcəyik.


- Fəaliyyətiniz dövrdə partiyada görəcəyiniz işlərlə bağlı nə kimi yeniliklər gözlənilir?

- Azərbaycan İslam Partiyası bu günə qədər öz nizamnaməsi çərçivəsində fəaliyyət göstərib. Bundan sonrakı fəaliyyəti də nizamnamə çərçivəsində baş tutacaq. Fəaliyyətimiz dövründə üstünlüyümüzü partiyamızın adından göründüyü kimi islami məsələlərə verəcəyik. Xüsusilə islam maarifi və islamçılıqla bağlı işlərimiz çox olacaq. Əgər biz islami dəyərləri Allah, peyğəmbər və Əhli-Beyt(ə)-ın istədiyi kimi insanlara çatdırsaq, insanlar özləri üçün lazım olan nəticələri çıxara biləcəklər. Əslində həqiqi islami düşüncə ən sağlam siyasi düşüncə hesab edilir ki, bizlər də bu istiqamətdə çalışacağıq. Hər hansı bir cəmiyyət İmam Əli(ə)-ın Nəhçül-Bəlağə kitabını doğru dürüst başa düşərsə, onlara əlavə nəyisə başa salmağa ehtiyac yoxdur.

1

- AİP-in bundan sonra ölkədə fəaliyyət göstərən digər islami təşkilatlarla əməkdaşlığı necə olacaq?

- Bundan sonra da çalışacağıq ki, AİP-in digər təşkilatlarla münasibətləri yüksək səviyyədə olsun. Elə bu mətbuat konfransından da səmimi şəkildə sözügedən təşkilatları iş birliyinə və birgə fəaliyyətə dəvət edirik.

 

- Bildiyimiz kimi qarşıdan parlament seçkiləri gəlir. Seçkilərlə bağlı AİP-in qərarı necə olacaq? Yəni AİP parlament seçkilərində hansısa formada iştirak edəcəkmi?

 

- Seçkilərlə bağlı partiya daxilində geniş müzakirələrə aparılır. Hələ ki, son qərar qəbul edilməyib və yaxın zamanlarda yəqin ki, bu barədə mediaya açıqlama verəcəyik.

 

- Bir neçə müddət bundan öncə Beynəlxalq Mətbuat Mərkəzində keçirmək istədiyiniz tədbirin qarşı süni yollarla alındı. Sözügedən problemin nəticəsi necə oldu?

- Əslində nəticə göz qabağındadır. Yəni biz bu gün media nümayəndələrini BMM qəbul etmək əvəzinə, məcburiyyətində qarşısında qalıb öz ofisimizə çağırmışıq.

2

- AİP-in qarşısında duran əsas prioritet məsələlər hansılardır?

- Biz cəmiyyətin istər siyasi, istərsə də dini mövzuları ilə bağlı məsələlərində bu günə qədər əlimizdən gələni əsirgəməmişik. Son illərin ən ciddi problemlərindən olan hicab mövzusunda da öz çıxışlarımız və yazılarımızla mövqeyimizi bildirmişik. Həmin bu fəaliyyətimizin nəticəsi olaraq da günahsız yerə 1,6 il müddətinə azadlıqdan məhrum edilmişik.

 

Dünya müsəlmanlarının nüfuzlu alimi Ayətullah Nuri Həmədani bu günlərdə Azərbaycana səfər etdi. Bu səfərlə bağlı sizin fikirləriniz maraqlı olardı.

 

- Ayətullah Nuri Həmədaninin Azərbaycana səfəri olduqca fövqəladə və böyük bir hadisə idi. Yəni ilk dəfə idi ki, müsəlmanların mərcəyi-təqlid səviyyəli bir alimi ölkəmizə gəlirdi. Səfər ərəfəsində müsəlmanların birlik və vəhdəti ilə bağlı verilən mesajlar da xüsusi önəm və əhəmiyyət daşıyırdı. Ayətullah Nuri Həmədaninin Azərbaycana gəlişi iki dövlət arasındakı münasibətlərin və əlaqələrin möhkəmlənməsindən xəbər verir. Yəni iki ölkə arasındakı münasibətlər bu həddə qədər inkişaf edib.

 

AİP-in sədr əvəzi postuna gəlməmişdən öncə, Azərbaycan Ruhanilər Məclisində təmsil olunurduz. Bəs bundan sonra, Ruhanilər Məclisindəki fəaliyyətiniz necə olacaq?

- Biz bu məsələ ilə bağlı Ruhanilər Məclisində müzakirələr apardıq. Sonda belə bir nəticəyə gəldik ki, ARM-də qalmaqla yanaşı, AİP-də də fəaliyyətimizi davam etdirək.

 3

- Sizin partiyaya gəlişinizdən sonra partiyanın şöbələri və funksionerləri ilə bağlı hər hansı bir dəyişiklik olacaqmı?

- Dəyişikliklərin baş verməyi təbiidir. Lakin biz bu dəyişiklikləri kadr ixtisarı ilə yox, yeni savadlı, əqidəli və gənc kadrların cəlb edilməsi ilə həyata keçirəcəyik.

 

AİP-in həbsdə olan ruhanilər və inanclılarla bağlı bundan sonrakı fəaliyyəti necə olacaq?

- Zindanda olan məhbuslarımız haqq və din yolunda həbs edilən şəxslərdir. Bunların da azadlığı istiqamətində hüquqi çərçivədə əlimizdən gələn bütün işləri görəcəyik.

Tədbirin sonunda AİP rəhbərliyi konfransa gələn bütün media işçilərinə öz təşəkkürünü bildirdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı./İslaminsesi/

706 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı