Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Aydın Bəşirovun gizli imperiyası üzə çıxdı-(sübutlar)

Dövlətdən taladığı ilə böyük bir donanma quran məmur ifşa olundu 

Sabiq CASPAR şefinin “Naftalan” tankerini azad etməməsinin səbəbləri bəlli oldu; Bəşirovun 120 milyon dollar dəyəri olan gəmilərinin siyahısı əlimizdə; o, işdən qovulmazdan 3 ay əvvəl Türkiyəyə böyük sərvət keçirib...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovun gizlinləri haqda redaksiyamıza yeni məlumatlar daxil olub. Bu günə qədər onun varidatı siyahısında olan və özünün varlığını gizlətmədiyi çoxsaylı yaxtaları barədə məlumatlar dolaşırdı. Bir qədər əvvəl A.Bəşirov qohumlarına bəs edəcək qədər yaxtalara sahib olduğunu deməklə həmin məlumatları təsdiqləyib.

Onun özəl donanmaya sahibliyi haqda iddialar da var idi. Lakin həmin xəbərləri nə özü, nə də digərləri təsdiqləməmişdi. Əməkdaşımızın bu mövzudakı fəaliyyəti sayəsində  redaksiyamıza unikal, təkzibi mümkünsüz olan sübutlar toplusu daxil olub. Onlardan bəlli olur ki, gəmiçilik sənayesinin sabiq şefi təsəvvür olunmaz dərəcədə iri biznes imperiyasına sahibdir. Onun Türkiyədəki şirkəti “Sailtrade Denizcilik ve Ticaret Ltd” adı ilə “Sti.: Nispetiye cad. Dilhayat Sokak No.24 34337, Etiler, İstanbul, Turkey” ünvanında qeydiyyatdan keçib.


Şirkətin təsisçisi Aydın Bəşirovun oğlu İlqar Bəşirovdur.  

Bu şirkətin hazırda 12 yük və bir neçə sərnişin daşıyan gəmisi var. Gəmilər bunlardır: 

1.Sail Baron
2. Sail Beauty 
3. Sail Countess 
4. Sail Daisy 
5. Sail Duke 
6. Sail Free 
7. Sail Pride 
8. Sail Prince 
9. Sail Princess
10. Sail Queen 
11. Sail Rose
12. Sail Star

Bu gəmilərin hər birinin qiyməti 5-15 milyon dollar arasındadır. Gəminin 1 günlük icarə haqqı 5-10 min dollardan başlayır.  Oğul Bəşirovun sahibi olduğu bu gəmilərin toplam dəyəri 120 milyon dollardır. İ. Bəşirovun Azərbaycanda hansı bizneslə məşğul olması bəlli deyil. Bu vəsaitin onun atasına məxsusluğu şübhə doğurmur. 

Sənədlərdə İ.Bəşirovun ortağı kimi “Kent Denizcilik Limited” şirkətinin rəhbəri Səbahəddin Su göstərilir. 

Bu şirkətin nizamnamə kapitalı yarım milyon dollara yaxındır. Ən maraqlı məqamlardan biri isə şirkətin qeydiyyatdan keçmə tarixidir. Sənədlərə görə, Aydın Bəşirovun oğlu 17 iyul 2013-cü ildə şirkətin qeydiyyatı üçün Türkiyənin müvafiq qurumuna müraciət edib. 1 həftə sonra, 23 iyul 2013-cü ildə şirkət qeydiyyata alınıb. 

İlk baxışdan bu tarix təqvimdəki adi günlərdən biridir. Amma nəzərə alsaq ki, cəmi 3 ay sonra, 22 oktyabr 2013-cü ildə A.Bəşirov işdən çıxarılıb, deyə bilərik ki, gəmiçilik şefi cəld tərpənib. O, Azərbaycanda əldə etdiyi on milyonlarla manat vəsaitlə xaricdə özünə biznes imperiyası qurub.  

Bu məlumatlar həm də A. Bəşirovun azı 3 ay əvvəldən işdən çıxarılacağı haqda bilgili olduğuna dəlalət edir. Bu fakt onun “Naftalan” tankeri ilə bağlı tutduğu mövqeyin də hansı situasiyaya əsaslandığını göstərir.   


Çünki “Naftalan”ın saxlanılması birbaşa CASPAR rəisinin nüfuzuna xələl gətirirdi. 
Qeyd edək ki, bu il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidməti bir qədər əvvəl ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Naftalan” tankerini saxlayıb. Rusiya FTX-nin yaydığı rəsmi məlumatda tankerdə 3 milyon manatlıq oğurluq neft olduğu bildirilir. Tankerin kapitanı Asif İsmayıl oğlu Məhərrəmov və köməkçisi Ülvi Nobel oğlu Sultanzadə bu gün də Mahaçqalada həbsdədir. Tankerin 15 heyət üzvü isə tankerdə faktiki girov durumundadırlar. Onlar nəzarət altında tankerdən düşüb zəruri ərzaqları alaraq geri dönürlər. Hələ A.Bəşirov vəzifədə olarkən belə məlumatlar vardı ki, Rusiya tərəfi tankeri və həbsdə olan kapitanla köməkçisini azad etmək üçün külli miqdarda pul tələb edib. Konkret məbləğ də səsləndirilirdi - 5 milyon dollar. Həmin vaxt gələn məlumatlarda o da vurğulanırdı ki, Aydın Bəşirov  yaxasını kənara çəkir, tələb olunan pulu verməyəcəyini söyləyir.

Əlimizə çatan son bilgilər A.Bəşirovun “Naftalan” tankerinin azad edilməsi üçün hərəkətsizlik etməsinin səbəbini açıq-aydın göstərir. Məlum olur ki, 2-si həbsdə olmaqla 17 azərbaycanlı faktiki girovluqda olduğu bir vaxtda A.Bəşirov yalnız idarəni təhvil verib mənimsədiyi on milyonlarla manatlıq mal-mülkünü xaricə çıxarmaqla məşğul olub./musavat/
1633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...