Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Sentyabr 2015

Astarada ana doğuşdan az sonra öldü

Astarada ana doğuşdan sonra qəfil dünyasını dəyişib.

Kijəbə qəsəbəsində anadan olan, rayonun Sərək kəndinə gəlin köçmüş 1994-cü il təvəllüdlü Hüseynova Rufanə Mehdi qızı bu gün günorta satlarında rayon mərkəzi xəstəxanasının doğuş şöbəsində qeysəriyyə yolu ilə dünyaya ilk övladını gətirib.

Əməliyyat normal keçsə də, təqribən yarım saat sonra reanimasiya şöbəsinə köçürülən qadının qəfil halı pisləşib. Edilən həkim müdaxilələrinə baxmayaraq 21 yaşlı Rufanə az sonra keçinib.

Astara rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Surxay Məmmədov ölümə doğuşdan sonra yaranan tromboemboliyanın səbəb olduğunu deyir.

4 kq 700 qram çəkidə doğulan oğlan uşağının vəziyyəti normaldır. Ana ölümünün səbəblərini Astara rayon prakurorluğu araşdırır./ans/
603 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı