Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Xəstəxananın qarşısında bibisi oğlu tərəfindən bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hhadisə sentyabrın 8-də Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının qarşısında qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Ramin Alim oğlu Zamanov tibb ocağının qarşısında qarın nahiyəsində bıçaqlanıb. Yaralı dərhal xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat edilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə R. Zamanov bibisi oğlu Elmir Əsgərov tərəfindən bıçaqlanıb.

İnsidentin pul borcu səbəbindən baş verdiyi bildirilir./apa/
658 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.1