Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Ehtiyatda olan hərbçilər orduya çağırılır

Azərbaycanda ehtiyatda olan hərbi qulluqçular orduya çağırılır.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən bildiriblər.

Xidmətdən bildiriblər ki, ehtiyatda olan hərbçilərin orduya çağırılması sentyabrın 6-dan başlanan Komanda Qərargah Hərbi Oyunları ilə əlaqədardır.


Xidmətdən vurğulayıblar ki, ölkə ərazisində səfərbərlik elan olunmayıb.

Komanda Qərargah Hərbi Oyunları təlimlərinə 65 min nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 500-dən çox raket və artilleriya qoşunlarının qurğusu, Hərbi Hava Qüvvələrinin 40-dək təyyarəsi və 50-dək helikopteri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də Xüsusi Təyinatlı Qüvvələrin və qruplaşmaların havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib./azadliq.info/
764 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber