Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Nemət Pənahlının Qobustan həbsxanasındakı cəza müddəti başa çatır

Həbsdə olan siyasi məhbusların əksəriyyətinin məhkəmə prosesləri yekunlaşıb. Artıq hökmdən sonra onların bəziləri cəzaçəkmə müəssisələrinə köçürülüb. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev köçürüldüyü 6 saylı cəzaçəkmə müəssisəsində ailəsi ilə görüşüb.

Bu barədə müsavat.com-a hüquq müdafiəçisinin qızı Nərmin Kamilsoy məlumat verdi: “Atamla görüşdük. Cəzaçəkmə müəssisəsinə köçürüldükdən sonra ilk görüşümüz idi.

Normal görüş oldu. Saxlanma şəraiti normaldır. Hər kəsə salam söylədi”.

REAL hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova sentyabrın 5-də onunla olan görüşündən danışdı: “İlqarın vəziyyəti normaldır. Saxlanma şəraiti əvvəllər olduğu kimidir. İndiyə qədər təzyiqlər var idi. Amma son günlər yoxdur”.

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun qardaşı Sənan Cəfərov 10 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb: “Keçən həftə qardaşımla görüşdüm. Şənbə günü də özü zəng etmişdi. Hər şey yaxşıdır. Heç nədən şikayəti yoxdur. Görüş zamanı incitmirlər. Növbəmiz çatan kimi, maneələr olmadan görüşürük. Neçə saat görüş olursa olsun, mane olmurlar. Problemi heç nədən yoxdur. 1 saylı Bakı İstintaq Təcridxanasında maneələr çox olurdu”.

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Qobustan Təcridxanasındakı cəza müddəti yanvar ayında başa çatacaq. Bu barədə danışan partiya sədrinin həyat yoldaşı Həcər Pənahlı onun səhhətinin qeyri-stabil olduğunu qeyd etdi: “Telefonla danışırıq. Bu ayın 13-də görüş günümüzdür. Saxlanma şəraiti əvvəlki kimidir. Nemətin orada saxlanılması müddəti də bitir. Onu Qobustana əlavə cəza kimi göndərmişdilər. Hələ ki köçürüləcəyi yer məlum deyil. Yanvar ayında Qobustandakı cəza müddəti bitəcək. Problemləri olduğu kimi qalır. Tibb müəssisəsinə köçürülə bilər. Sonuncu dəfə danışanda səhhəti yaxşı deyildi”.

NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova son durumdan danışdı: “Sentyabrın 7-də telefonla danışdıq. Elə bir şikayəti yoxdur. Bu həftə içi görüşə gedəcəyik. Rəsul Cəfərov və Sirac Kərimli də həmin cəzaçəkmə müəssisəsinə köçürülüb. Sadəcə, dedikləri bunlardan ibarət oldu”. /musavat.com/
582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi