Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

"Raketlərimizlə Səudiyyə Ərəbistanının paytaxtını da vura bilərik"

“Ənsarullah" və husilər malik olduqları inkişaf etmiş raket sistemləri ilə Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyad və digər şəhərlərini vura bilərlər.

SalamNews-un "TasnimNews"a istinadla verdiyi xəbərə görə, bunu Yəmənin "Ənsarullah" hərəkatının Siyasi Şurasının üzvü Məhəmməd əl-Buxayti ötən həftə Mərib əyalətində ballistik raketlə Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi koalisiya qüvvələrinin olduğu qərargahın hədəfə alınmasından danışarkən bildirib.

O, Səudiyyə Ərəbistanının Yəmən ərazisinə təcavüzünə verilən cavabların günbəgün şiddətlənəcəyini deyib.

Yeri gəlmişkən, ötən həftənin cümə günü Məribdə "ərəb koalisiyası" qərargahının ballistik raketlə vurulması nəticəsində ölən əcnəbi hərbçilərin sayı 90-a çatıb.
576 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
26.02.17, 09:38
Vəkil izləndiyini deyir
24.02.17, 22:39
DOĞRU OLMAQ GÜNAHMI?
24.02.17, 20:51
MASALLI ƏHLİNƏ MƏKTUB
23.02.17, 09:38
İnstaqramda yeni funksiya