Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

İtkin düşmüş azərbaycanlı pilotun qalıqları tapıldı - Foto

Rusiyanın Smolensk vilayəti ərazisində içərisində azərbaycanlı pilotun qalıqlarının olduğu hərbi təyyarənin parçaları tapılıb.

Bu barədə Krımın Azərbaycanlı İcmasının sədri Rəhim Hümbətov məlumat verib. Axtarış qrupu həmin pilotun 1920-ci ildə Azərbaycanda doğulmuş İsrafilov Əziz Abdul oğlu olduğunu müəyyənləşdirib. O, 27-ci aviasiya alayında pilot kimi xidmət edib. 13 avqust 1943-cü ildə hərbi tapşırıq məqsədilə uçuş həyata keçirib və itkin düşüb.

Krım Azərbaycanlıları İcmasından onun atasının vaxtilə Bakıda indiki Əlimərdan Topçubaşov küçəsində yaşadığını bildiriblər. Diaspor təşkilatı Ə.İsrafilovun qohumlarının pilot haqqında daha ətraflı məlumat vermək üçün müraciət etmələri üçün çağırış edib./apa/



715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı