Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Bərdədə kütləvi dava - 3 nəfər bıçaqlandı

Bərdədə bir qrup gənc arasında kütləvi dava düşüb.

Rayonun Zümürxan kəndi ərazisində baş verən davada təxminən 15 nəfər gənc iştirak edib. Hadisə zamanı üç gənc bıçaqlanıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) catdırılıb.

Bərdə RMX-dan verilən məlumata görə bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş bıçaq yaraları ilə axşam saatlarında Bərdə rayon sakinləri - 1984 cü il təvəllüdlü Orucov Vasif Nuruş oğlu, 1981 ci il təvəllüdlü Şahbazov Rəvan Tahir oğlu və 1982 ci il təvəllüdlü Ələkbərov Elgiz Kamil oğlu xəstəxanaya daxil olub. Yaralılardan E.Ələkbərov əməliyat olunub, digər iki yaralı isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə ilə bağlı Bərdə Rayon Polis Şöbəsində əməliiyat qrupu yaradılıb, hadisə yerinə baxış kecirilib və saxlanılanlar var./report/
558 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber