Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Dəmirtaş: Allahdan başqasından qorxmadıq

Dünən paytaxt Ankarada HDP-nin (Xalqların Demokratik Partiyası) binası bir qrup gənc tərəfindən yandırılıb. Küçəyə çıxan gənclər şəhid olan 16 türk əsgərini anmaq üçün HDP binası önündə şüarlar səsləndiriblər. Qrup üzvlərindən biri HDP binasına daxil olaraq binanı yandırıb.

Diyarbəkir şəhərində mətbuata açıqlama verən partiya sədri S.Dəmirtaş isə çox sərt açıqlamalar verib. O, açıq-aşkar kürdləri müharibəyə çağırıb: "Onları anasından doğduğuna peşman edin. Hamı müdafiəyə qalxmalıdır. Bu günlər gəlib geçəcək. Qorxmaq bizim kitabımızda yoxdur. Allahdan başqasından qorxmadıq, qorxmarıq da".

Qeyd edək ki, ölkənin müxtəlif şəhərlərində HDP binalarına basqın edilib. Binalar yandırılıb, bəzilərindən isə Türk bayrağı asılıb.
470 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42