Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Bərdədə silahlı insident!

Bərdə rayonu Zümürxan kəndi yaxınlığındakı kafelərdən birində axşam saatlarında silahlı insident baş verib.

Kafedə əyləşən bir qrup gənc arasında baş verən mübahisə daha sonra davaya çevrilib. Bu zaman tərəflər silaha əl atıb. Tapança və tüfənglə atəş açmağa başlayan gənclər, güllələri qurtardıqdan sonra bir-birinin üzərinə bıçaqla hücum edib. Hadisə zamanı Bərdə rayon sakinləri 31 yaşlı Vaqif Orucov, 33 yaşlı Elgiz Ələkbərov və 34 yaşlı Rəvan Şahbazov müxtəlif dərəcəli xəsarətlər alıb.

Rəvan Şahbazovun tərəfləri ayırmağa çalışarkən yaralandığı deyilir.

Hər üç yaralı Bərdə MRX-na gətirilib. Xəstəxanadan əldə etdiymiz məlumata görə Vaqif Orucov kürək, dizin arxa və ön nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə daxil olub. Yaralının vəziyyəti orta ağırdır. Qarnından bıçaq yarası alan Elgiz Ələkbərov əməliyyata götürülüb. Vəziyyəti nisbətən ağır qiymətləndirilir. Sol budundan iki ədəd bıçaq yarası alan Rəvan Şahbazovun vəziyyəti normal qiymətləndirilir. Yaralıya tibbi yardım olunduqdan sonra evə buraxılıb./ans/
651 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı