Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Türkiyə yenidən itki verdi

Türkiyənin Mardin vilayətində polislərin ölümü və yaralanması ilə nəticələnən növbəti terror hadisəsi baş verib.

Mardinin Dargeçit rayonunda zirehli avtomobil keçərkən PKK-nın yerə basdırdığı minanın partladılması nəticəsində 4 polis əməkdaşı ağır yaralanıb. Polislər xəstəxanaya çatdırılsa da onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Digər 3 polisin müalicəsi isə Midyat dövlət xəstəxanasında davam edir.

Ölən polisin cənazəsi sabah keçiriləcək hərbi mərasimdən sonra doğulduğu şəhərə göndəriləcək.

2 gün əvvəl Türkiyə Hakkari vilayətinin Dağlarca rayonunda 16 əsgərin ölməsi ilə nəticələnən terror hadisəsi baş vermişdi.

Ötən gün isə Naxçıvanla həmsərhəd İqdır vilayətində törədilən terror aktı zamanı 14 polis əməkdaşı ölüb.
439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58