Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

Dəmirdaş: Ağıllı olun, AKP hökumətinin dövrü bitdi

Bu sözləri Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) sədri, PKK-nı qızışdırmaqda günahlandırılan Səlahəddin Dəmirdaş deyib. O, son iki gündə Türkiyədə HDP binasına edilən hücumlarla bağlı AKP hökumətini günahlandırıb:

“Türkiyədə vətəndaş müharibəsi yaratmaq istəyirlər. Son iki gündə HDP-nin 400-dən çox binasına hücum olub. Partiya binamızı yandırmağa çalışanların çoxu cibində çay pulu olmayanlardır. Ağıllı olun, AKP hökumətinin dövrü bitdi. Sizin arxanızda heç kim dayanmayacaq. Hamınızın kamera görüntüləri var. Məhkəmə önünə çıxıb hesab verəcəksiniz. Gün gələcək dövran dəyişəcək”.

Kürd partiya lideri terror hadisələrinə də toxunub:

“Bu qarşıdurmaların başlamasında HDP-nin zərrə qədər də günahı yoxdur. Qərar prezident və baş nazir tərəfindən verilib”.
602 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42