Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Sentyabr 2015

İranda 5 800 il əvvəl yaşamış insan skeleti aşkar olunub

İran arxeoloqlarının qənaətinə görə, onlar 5800 il bundan əvvəl yaşamış insan skeletini aşkar ediblər.

TASS xəbər verir ki, sözügedən insan skeleti Şiraz şəhərindən təxminən 20 kilometr şimalda yerləşən Lapuyi təpələrində qazıntı işləri zamanı aşkar edilib.

Arxeoloqlar skeletin 30-35 yaşında ölən kişiyə məxsus olduğunu bildirirlər.

Arxeoloji qrupun rəhbəri Nouruz Rəcəbi IRNA agentliyinə müsahibəsində skeletin quru torpaqda qalaraq yaxşı vəziyyətdə olduğunu bildirib və tapıntının o dövrdə bu ərazidə yaşamış insanların həyat tərzi və məişəti haqqında çox məsələlərə aydınlıq gətirə biləcəyini deyib.

Arxeoloq qeyd edib ki, yaxınlıqdakı kəndlər eramızdan əvvəl 3700-3300 illərdə salınıb və bu da regionda tarixi sivilizasiyanın formalaşmasını bir daha təsdiqləyir.
855 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber