Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Rusiyanın 40-a yaxın döyüş gəmisi Xəzər dənizində təlimlərə başlayıb

Xəzər donanmasının 40-a yaxın döyüş gəmisi Rusiya Mərkəzi Hərbi Dairəsinin döyüş hazırlığının planlaşdırılmamış yoxlanması tədbirləri çərçivəsində təlimlərə başlayıb. TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Qoşun növləri arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə Xəzər Donanmasının gəmi birləşmələri və sahil qoşunları yüksək dərəcəli döyüş hazırlığı vəziyyətinə gətirilib.
Həştərxan və Mahaçqaladakı daimi dislokasiya bazalarından Xəzər dənizində təlimlər keçirilən əraziyə 40-a yaxın döyüş gəmisi və köməkçi gəmilər gəlib", - Rusiya Müdafiə Nazirliyindən bildirilib .
Dənizçilər mina və təxribatçılara qarşı tədbirlərin həyata keçirilməsi üzrə təlim keçəcəklər. Təlimlərə ümumilikdə 3 min hərbçi və 120-dən artıq hərbi texnika cəlb olunub.
572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber