Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Ayətullah Xamenei: 25 ildən sonra İsrail mövcud olmayacaq

Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei İsrail və ABŞ-ın ünvanına tənqidi çıxışlarını bərpa edərək bildirib ki, İran yalnız nüvə sazişi üzrə danışıqlar aparacaq.
"Biz müəyyən səbəblərdən ABŞ ilə yalnız nüvə sazişi üzrə danışıqların aparılmasına icazə vermişik, lakin biz digər məsələlər üzrə danışıqlar aparmayacağıq", — deyə o yazır.
Ayətullah Xameneir, həmçinin əminliyini bildirib ki, 25 ildən sonra İsrail öz mövcudluğunu dayandıracaq: "Hər şeydən əvvəl mən demək istəyirəm ki, İnşaallah, 25 ildən sonra sionist rejimi olmayacaq".
Onun fikrincə, ABŞ danışıqların köməkliyi ilə yalan və yaltaqlıqla İranın etibarını qazanmaq istəyir, paralel olaraq isə ölkəyə qarşı yeni sanksiyalar hazırlayır.
Uca Məqamlı Rəhbər bundan əvvəl bəyan edib ki, nüvə sazişinə İran parlamentində baxılmalıdır, həmçinin o, sanksiyaların dayandırılmasını deyil, tam olaraq ləğvini tələb edib.


812 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:26