Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Maye qazın qiyməti də qaldırıldı

Yanacaqdoldurma məntəqələrində bu yanacaq növü 10 qəpik bahalaşdırıldı...
Ölkədə bəzi yanacaqdoldurma məntəqələrində maye qazın qiyməti qaldırılıb. Bu barədə redaksiyamıza ötən gün məlumat daxil olub. Məlumatda bildirilir ki, bəzi yanacaqdoldurma məntəqələri (Məsələn, Sabunçu rayonunda, Məhəmmədi yolunun kənarındakı məntəqə) bir neçə gündür ki, maye qazın qiymətini 10 qəpik bahalaşdıraraq 45 qəpiyə satırlar.
Xatırladaq ki, sonuncu bahalaşmaya qədər maye qazın qiyməti 35 qəpik olub. Ancaq bir neçə gün əvvəl benzin və dizelin qiymətləri bahalaşan zaman maye qazın qiymətləri artırılmayıb. Yanacaqdoldurma məntəqələrində maye qazın bahalaşdırılması onu göstərir ki, yaxın zamanlarda bu yanacaq növünün qiymətləri artırıla bilər.

Qeyd edək ki, məlumatı bazar günü aldığımız üçün hökumət orqanları ilə dəqiqləşdirmə apara bilmədik.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, maye qazın bahalaşması ilə bağlı məlumata malik deyil. Ancaq ekspert bildirib ki, maye qazın qiymətləri sərbəst bazar qiymətləri ilə tənzimlənmir, bu məhsulun ölkə üzrə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. Eyni zamanda ekspert yaxın zamanlarda hökumətin maye qazın satış qiymətlərini qaldırmasını istisna etməyib.

KƏNAN
1570 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber