Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

​Suriya ordusu Homsda neft yataqları üzərində nəzarəti bərpa edib

Suriya ordusu İŞİD terror qruplaşması üzvlərini qədim Palmir şəhərindən şimal-qərbdə yerləşən Cezal neft yataqları ərazisindən sıxışdırıb çıxardıblar.
Bu barədə çərşənbə günü Homs əyalətinin qubernatoru Tallyal əl-Barrazi məlumat verib.
Onun sözlərinə görə, qum fırtınasından istifadə edən terrorçular iki gün əvvəl neft sahəsini ələ keçiriblər.
"Amansız döyüşlərdən sonra Suriya iqtisadiyyatı üçün olduqca vacib olan obyekti nəzarət altına götürmək müyəssər oldu", - deyə Əl-Barrazi bildirib.
Atışma nəticəsində İŞİD silahlıları itki verərək Palmirə çəkiliblər. Hökumət qoşunları onları Bayyərat dağlıq ərazisində təqib edir.
"Əməliyyat zamanı ən azı 25 terrorçu məhv edilib", - deyə qubernator qeyd edib.
"Əl-Vatan" qəzetinin məlumatına görə, şimaldan Homsa "Cəbahət ən-Nüsra" terror qruplaşmasının silahlıları hücuma keçiblər. Orada döyüşlər Talbisə və Əl-Houla yaşayış məntəqələrində gedir. Həmçinin Əl-Xalidi və Keram ət-Turabedə 50-dən yuxarı terrorçu zərərsizləşdirilib.
561 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 12:12