Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Türkiyədə qanlı gecə

Türkiyənin bu gecəsi də sakit keçməyib.

Ölkənin bir çox şəhərlərində həm terror hücumları , həm də terrora qarşı etiraz aksiyaları baş verib.

Tunceli şəhərində PKK-nın polis məntəqəsinə ağır silahlarla hücumu nəticəsində 3 polis və 1 dinc sakin yaralanıb. Yaralı polislər dərhal xəsdəxanalara çatdırılsa da onlardan biri həkimlərin səyinə baxmayaraq, şəhid olub.

Bingöl şəhərində isə silahlılar 3 tibb işçisini 1 saatdan çox girov saxlayıblar.

PKK əvvəlcə Tibb məntəqəsinin "qaynar xəttinə" zəng vuraraq xəstələrinin olduğunu deyiblər. Çağırlan ünvana gedən 3 tibb işçisi terrorçular tərəfindən girov götürülüb.

Ağrı şəhərində dövlət idarəsi PKK silahlıları tərəfindən raket atəşinə tutulub. Hücumda ölən və xəsarət alan olmayıb.
609 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber