Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Qatil Netanyahu Londonda gərginlik yaratdı

İşğalçı İsrailin qondarma baş naziri sionist Benyamin Netanyahunun Böyük Britaniya səfəri ölkədə gərginliyə səbəb olub. Netanyahunun apardığı siyasət Londonun mərkəzində iki ayrı qrupun mübahisə predmetinə çevrilib. Dauninq stritdə polis etiraz aksiyası keçirən fələstinli fəallar və insan haqqları müdafiəçilərini İsrail bayraqlarına sarılan Netanyahu tərəfdarlarından ayırmaqda böyük çətinlik çəkib.

Tərəflər arasında baş vermiş qarşıdurmadan sonra azı 2 nəfərin həbs olunduğu bildirilir. Polisin məlumatına görə Londonun məşhur küçəsində 400-ə yaxın Fələstin tərəfdarı və 50 yəhudi sionist toplaşıb. Fələstin əsilli Britaniya vətəndaşları Britaniya baş nazirinin Qəzza zolağını, Qərb sahilini müntəzəm olaraq bombalayan, işğal olunmuş fələstin torpaqlarında qanunsuz qəsəbələr salan İsrail hökümətini dəstəkləməsini pisləyib.

Digər cəbhədə Netanyahuya dəstək olan sionistlərlə federasiyasının fəalları, dünyada yeganə yəhudi dövləti olan İsraili tanımamağın yolverilməz olduğunu bildirib. Bundan əvvəl aksiya təşkilatçılar 50 günlük Qəzza müharibəsi zamanı törədilmiş insanlığa qarşı cinayətlərə görə Benyamin Netanyahu barəsində həbs-qətimkan tədbirinin çıxarılmasına dair petisiya hazırlamışdı. Həmin petisiyanı 108 minə yaxın insan imzalayıb. Britaniya parlamenti imza sayı 100 mini keçən bütün petisiyalara baxsa da, rəsmi London ölkəyə səfər edən dövlət başçılarının siyasi toxunulmazlığa malik olduğunu və onun saxlanılması və ya həbs olunmasının qeyri-mümkün olduğunu bildirib./ans/
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 19:30