Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

İŞİD 2 əsirə görə böyük məbləğdə pul tələb edir

İŞİD-çilər bir Norveç, bir Çin vətəndaşını əsir götürdüklərini və onları pul müqabilində azad edə biləcəklərini açıqlayıblar.

Hər iki əsirin fotosu dünən İŞİD-çilərin nəzarətində olan «Dabiq» jurnalında «satılır» başlığı altında dərc olunub.

Əsirlərlə bağlı ilk reaksiya Norveç hökumətindən gəlib.

Baş nazir Erna Solberq bildirib ki, fotolar Norveç vətəndaşının İŞİD əsirliyində olduğunu təsdiq edir. Nazir terrorçuların böyük məbləğdə pul tələb etdiyini, lakin Norveç hökumətinin onların şantaj və təzyiqlərinə boyun əyməyəcəyini bəyan edib: «Norveç tələb olunan pulu ödəməyəcək və cinayətkarla sövdələşməyə getməyəcək».

Pekindən isə hələ ki, çinli əsirlə bağlı heç bir reaksiya gəlməyib.
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı