Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2015

Birləşmiş Ərəb Əmirliyində etirazlar yüksəlib!

Nur-az.com shia-news.com-a istinadən:
Verilən məlumatlara əsasən, neçə gün əvvəl Birləşmiş Ərəb Əmirliyi Yəməndə qırılan hərbiçilərinin cəsədlərini təhvil aldıqdan sonra ölkədə aksiyalar baş qaldırıb. Hiddətli kütlə dövlətdən bu ölkəni Yəmənə təcavüzdə iştirakına görə məhkum edərək ora göndərilən hərbiçilərin geri qaytarılmasını tələb ediblər. Xarici informasiya vasitələri bu məsələyə xüsusi toxunsalar da, baş verənlər hələlik ölkə daxilində birtərəfli olaraq işıq üzü görmür. Bununla belə, bir sıra saytlarda xalqın təkidlə öz oğullarının Yəmənin cəhənnəmindən xilas olunması tələbi işıqlandırılmaqdadır.
Ötən həftə Birləşmiş Ərəb Əmirliyinin rəsmi elanına əsasən, Məarib vilayəti ətrafı döyüşlərdə onların 45 hərbi üzvü həlak olub.
557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber