Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Yarmarkada satıcılar üsyan edir

Benzin bazarlarda qiyməti "alışdırdı": Yarmarkada satıcılar üsyan edir
Bahalaşan benzin ilk olaraq ərzaq bazarında qiymətlərə "od vurdu"

Həftənin əvvəlindən benzin bahalaşdı. Təbii ki, bahalaşan benzin ilk olaraq ərzaq bazarında qiymətlərə "od vurdu". Bazarda bahalıq baş alıb gedir. Göyçay narını 3 manatdan, Quba almasını 1,50 qəpikdən, Lənkəran portağalını 2 manatdan aşağı tapmaq mümkün deyil.

Satıcılar da narazıdırlar. Özlərini dili ilə desək, heç işləməyə belə həvəsləri yoxdur. Çünki alıcıların sayı azalıb. Alıcılar isə həm qəzəbli, həm də çarəsiz halda fikirlərini bizimlə bölüşdülər.

Bazarla kənd təsərrüfatı arasında qiymət fərqini öyrənmək üçün paytaxtın Nərimanov rayonunda yerləşən yarmarkada olduq. Biz peşə borcumuzu yerinə yetirsək də bizi yarmarka səlahiyyətliləri "top-tüfənglə" qarşıladılar.

Qeyd etmək yürinə düşər ki, yarmarkada alıcı da kifayət qədər idi. Lakin qiymətdən razı olan da var idi, narazı qalanlar da. Mal və qoyun ətinin qiyməti isə müxtəlif bazarlarda müxtəlifidir./interaztv/
1620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 18:13