Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2015

Fələstinin bayrağı BMT-də qaldırılacaq

BMT Baş Assambleyası Fələstinin təklif etdiyi qətnamə layihəsini qəbul edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, qətnaməyə əsasən, BMT-nin mənzil-qərargahında və ofislərində müşahidəçi statusuna malik olan, lakin təşkilatın üzvü olmayan ölkələrin də bayraqlarının qaldırılması nəzərdə tutulur. Sənəddə yer alan müddəaya əsasən, qeyd olunan ölkələrin bayraqları BMT-yə üzv olan ölkələrdən sonra qaldırılmalıdır.

Qeyd edək ki, BMT-də müşahidəçi statusuna Fələstin və Vatikan malikdir.
467 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...