Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2015

11 sentyabr hadisələrindən 14 il ötür

Bu gün Birləşmiş Ştatların əl-Qaidə terrorçu qrupu tərəfindən hücuma məruz qalmasının 14-cü il dönümüdür. 2001-ci il 11 sentyabr tarixində 4 sərnişin təyyarəsini qaçıran terrorçular Nyu-York və Vaşinqton şəhərlərinə hücum etmişdilər. Terrorçulardan ikisi Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin qoşaqülləli binasına hücum etməklə binaların dağılmasına səbəb oldular.

Digər təyyarələrdən biri Pentaqonun binasına dəyərək binanın bir hissəsini uçurmuşdu. Təyyarələrdən biri isə hədəfə çatmadan qəzaya uğramışdı. Rəsmi məlumata görə, hücumlar nəticəsində 19-u terrorçu olmaqla 3 minə yaxın insan öldürüldü. Bu hadisələr Amerika tarixinə ən irimiqyaslı terror aktlarından biri kimi düşdü.
499 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
Go to TOP