Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2015

Bakının məşhur mağazasından alınan “Fanta”dan görün nə çıxdı - FOTOLAR

Bakının məşhur mağazasından alınan “Fanta” içkisinin içindən zir-zibil çıxıb. Qaynar.info xəbər verir ki, bunu məktəbli blogger Barış Namazov özünün bloqunda yazıb.

“Sentyabrın 10-da Rəsulzadə qəsəbəsində “Favorit market”dən bəzi şeylər və 2 litrlik “Fanta” aldıq. Sonra qohumum Yusif əmigilə getdik. Atam bizi orada qoyub getdi və birdən gözüm “Fanta”nın içindəki qara-qura şeylərə rast gəldi. Qarışqamı, ağcaqanadmı, həşəratmı?” B. Namazov qeyd edib.

O əlavə edib: “Dəhşət ondadır ki, biz daha çox Coca-Cola içirik və onun qara rəngində bu natəmizliyi görmürük. Dəhşətə gəldim ki, indiyədək içmədiyim zibillər qalmayıb....”

B. Namazov yazıb ki, içkinin ağzı açılmayıb, üstəlik, onun alındığı çeki də saxlayır: “Anlaya bilmirəm, bu qədər özbaşınalıq olar, hökumət idarələri hər yerdə həyatımızı korlayır, bəs bu boyda tanınmış şirkət niyə belə edir? Mən onlardan izahı necə tələb edə bilərəm”.

Blogger tanınmış jurnalistlərdən bu məsələnin araşdırılmasında kömək də istəyib.

İnanırıq ki, sözügedən məhsulun istehsalçısı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC, həmçinin məhsulun satıldığı məşhur market buna aydınlıq gətirəcək.

Bakının məşhur mağazasından alınan “Fanta”dan görün nə çıxdı - FOTOLAR

Bakının məşhur mağazasından alınan “Fanta”dan görün nə çıxdı - FOTOLAR

1395 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı