Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2015

“Qiyamçı diplomat”dan yeni açıqlamalar: “Aparat rəhbəri və köməkçisi naziri danlayırdı"

Azərbaycanın Avropa Birliyndəki keçmiş səfiri Arif Məmmədov XİN-də son günlər baş verən “diplomat qalmaqalarına" öz münasibətini açıqlayıb.

“Bütün məsuliyyətimlə bəyan edirəm ki, XİN ölkədə dövlət qurumları arasında ən az korrupsiyaya uğramış nazirlikdir”, - deyə A.Məmmədov yazıb.

“Əvvəl də qeyd etdiyim kimi, nazir Elmar Məmmədyarov olduqca ləyaqətli və demokratik düşüncəli insandır. Diqər xan - nazirlərdən fərqli olaraq, o, ölkədə yeganə nazirdir ki, vəzifəsindən və rütbəsindən asılı olmayaraq, nazirliyin bütün işçiləri ilə çox sadə və demokratik davranır" - deyən Arif Məmmədov daha sonra yazıb: "Faktiki olaraq, bu günə qədər Xarici İşlər Nazirliyinə işə qəbul olunan əməkdaşların əksəriyyəti Diplomatik Akademiyanın məzunlarıdır. Bu təhsil ocağı ölkədə olan yeganə ali təhsil müəssisədir ki, həqiqətən də bütün beynəlxalq standartlara uyğundur. Orada təhsil alan bütün tələbələr – aztəminatlı ailələrdən olan bilikli, geniş dünyagörüşü olan gənclərdir. Ora daxil olmağın yeganə üsulu və tələbi – dərin biliklərdir. XİN-də nazir müavinləri Araz Əzimov və Mahmud Məmmədquliyevin kurasiyasında olan şöbələrə tapşırıq və ya başqa üsulla işə qəbul olunmaq qeyri-mümkündür. Burada əməkdaşın yalnız peşəkar göstəriciləri nəzərə alınır. Buna görə də səfirlər əməkdaş seçimində ilk növbədə tövsiyə üçün məhz onlara müraciət edirlər. Nazir səfirlərin seçiminə daim hörmətlə yanaşır. Lakin inkar etmək olmaz ki, nazirliyə digər, daha dolayışı yollarla işə daxil olan şəxslər var. Xidməti səfərlərə görə, nazir qurumda fiziki olaraq az-az olur. Bəzi şəxslər də məhz bundan istifadə edir".

Arif Məmmədov son zamanlar mətbuatın yazdığı problemlər haqqında da fikirlərini qeyd edib: "Nazir ilk gündən Prezident Administrasiyanın daimi olaraq qurumun işinə müdaxilə etməsinin qarşısını ala bilmədiyi üçün məsuliyyət daşıyır. İstənilən sivil dövlətdə xarici işlər naziri ölkədə 3-4 şəxs hesab olunur və o, imkan verməməlidir ki, digər qurumun istənilən rütbəli əməkdaşı nazirliyin işinə müdaxilə etsin və ya nazirin özünə və əməkdaşlarına qarşı onların nəzarəti altında olan mətbuata sifarişli yazılar yazdırsın. XİN-də keçirilən illik toplantılarda hər kəs təəcüblənirdi ki, aparat rəhbəri və ya onun köməkçisi bütün əməkdaşların, səfirlərin qarşısında ölkənin Təhlükəsizlik Şurasının üzvünü, xarici işlər nazirini danlayır. Bu, nə Burkina Faso, nə Mavritaniya, nə də Somalidə mümkündür. Əgər nazir ilk gündən əzm nümayiş etdirsəydi, əməkdaşlarını təxribatlardan müdafiə etsəydi, bunların qarşısı alınardı. Ola bilər ki, bu zaman Prezidentlə mürəkkəb söhbət baş verəcəkdi, Aparatla gərginlik yaşanacaqdı, lakin bu, nazirliyin bu gün ölkə və dünya qarşısında yaranmış indiki gülünc durumuyla müqayisə olunmur. Ən pis halda – istefa verib, qürurla, hörmətəlayiq adla çıxıb getmək olardı".

Keçmiş səfirin yazdığına gör, nazir öz əməkdaşlarını qorumalı idi: "O isə prokurorluq və digər güc strukturlarına XİN əməkdaşları arasında mənim statusuma “bəyəndim” basan savadlı, ləyaqətli insanların cəzalandırılmasına imkan verdi. Təsəvvür edin, mənim bütün keçmiş işçilərim – yüksək intellektə sahib olan gənclər, bir-bir prokurorluq əməkdaşları tərəfindən təzyiq edilərək mənə qarşı ifadə vermək üçün Bakıya çağırılır. Həm də onlar rəsmi sənəd əsasında deyil, şifahi olaraq, satqıncasına çağırılır. Təsəvvür edirsiz, bu insanların ailələri, həyat yoldaşları və uşaqları necə həyəcan hissi keçirir? Bundan sonra belə hökumətə qarşı diplomatların, onların ailələrinin və ya digər ölkələrin hörməti olacaqmı? Bu təbiidir ki, dəyişikliklər olmasa, yaranmış vəziyyətdə, çalışdıqları ölkələrin rəhbərliklərinə siyasi qaçqın statusu almaq üçün müraciət edən diplomatların sayı artacaq".

Arif Məmmədov XİN-in Prezident Administrasiyası tərəfindən ciddi təzyiq altında olduğuna da diqqət çəkib: "XİN aparat tərəfindən darmadağın edilib. Səfirliklərdə düşgünlük, tutqunluq və ümidsizlik ruhu hökm sürür. Bu vəziyyətdə ölkənin səfirliklərindən effektivlik gözləmək mümkün deyil. Diplomatlar ölkənin, özlərinin və ailələrin gələcəyidnən narahatlıq hissləri keçirirlər. Bu, ən geridə qalmış ölkələrdə tətbiq olunan orta əsrlərdən qalan üsullardır ki, müasir texnologiyalar, sosial şəbəkələr dövründə artıq nəticə vermir. Aparatda çalışan məmurlar diqqətlə sosial şəbəkəni izləsinlər. İnsanlar hakimiyyəti lağa qoyur, gülür. Analiz etsinlər və görsünlər ki, hakimiyyətin atdığı addımlara basılan “bəyəndim”lər faktiki olaraq sıfıra bərabərdir. Cəmiyyət və hazırki hökumət özlərinə sual verməlidirlər: qorxu üzərində qurulmuş cəmiyyətdən ibarət gələcək nəsil istəyirlərmi? Qorxu aqressiya və durğunluq yaradır. Qorxu artdıqca, aqressiya da artır. Bu aksiomdur".

Keçmiş səfir hakimiyyət dəyişdikdə, istənilən yeni hökumət üçün ən mürəkkəb problemin nədən ibarət olacağı haqda da fikirlərini qeyd edib: "Cəmiyyətdə aqressiyanın və özbaşına cəzalandırmaların və iğtişaşların qarşısını almaq! Əgər hakimiyyət heç olmasa özü üçün cəmiyyətdə yaranmış sosial gərginliyi aradan qaldırmasa, insanları qorxu altında saxlamağı davam etsə, bu, demək olar ki, həlli olmayan məsələyə çevriləcək"./strateg/
502 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...