Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2015

Saakaşvili: “Ukrayna Qabonun səviyyəsinə düşüb”

Ukrayna iqtisadi inkişafına görə Qabonun səviyyəsinə düşüb. Eks-prezident Viktor Yanukoviçin dövründəki göstəricilərə qayıtmaq üçün Ukraynaya 15 il vaxt gərəkdir.

TASS agentliyinin verdiyi məlumata görə, bunu Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib.

“Ukraynanın ÜDM-u 184 milyard ABŞ dollarından 115 milyarda düşüb. Bu o deməkdir ki, adambaşına düşən milli gəlirə görə biz Qabonun səviyyəsinə düşmüşük. Ukrayna hazırda Qabonun vəziyyətindədir”, deyə M.Saakaşvilli “Şuster-Live” proqramının efirində bildirib.

M.Saakaşvili həmçinin “kölgə iqtisadiyyatı”nın səviyyəsinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: “Kölgə iqtisadiyyatı” son il yarım ərzində 32%-dən 47%-dək artıb. Bunu beynəlxalq təşkilatlar da artıq təsdiq edir. Bu kimi hallar biznesi məhv edir”.

Odessa vilayətinin qubernatorun həmçinin bildirib ki, ölkə 53 bankın bağlanmasından 18,5 milyard ABŞ dolları itirib: “Ukraynanın iqtisadi göstəricilərinin ildə 2-3% artdığı təqdirdə, biz yalnız 15 ildən sonra 2013-cü ilin rəqəmlərinə çata biləcəyik. Bunun qarşısını almaq üçün ölkədə köklü iqtisadi islahatların aparılmasına ehtiyac duyulur”./apa/
469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber