Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2015

Qiyamçı generalın ölüm xəbəri gəldi

Tacikistan müdafiə nazirinin keçmiş müavini Abdulhalim Nazarzoda sentyabrın 11-də antiterror əməliyyatı zamanı Romit dərəsi adlandırılan ərazidə öldürülüb.

Bu barədə “Asiya plyus” agentliyinə hərbi mənbələr bildirib.

Məlumata əsasən, yaxın saatlarda hadisə ilə əlaqədar rəsmi açıqlama veriləcək.

Bununla belə, Tacikistan DİN-i və Milli Təhlükəsizlik Komitəsində faktı təsdiqləməyiblər.

Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkil olunmasında ittiham olunur.

Tacikistanın güc strukturlarının həyata keçirdiyi əməliyyat zamanı generalın 100-dən çox tərəfdarı saxlanılıb, xeyli sayda silah sursat müsadirə edilib. 21 silahlının məhv edildiyi bildirilir./apa/
547 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP