Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Hakimiyyət üçün Ukrayna dərsi

Leyla Yunus: «Ukraynada baş verənlərdən nəticə çıxarmaq üçün Azərbaycan hakimiyyətinə xalqın təzyiqi lazımdır»

Ukraynada baş verən xalq etirazı bütün dünyanın diqqətini özünə yönəldib. Artıq günlərdi Ukrayna xalqı hakimiyyəti Avropa Birliyi ilə ciddi əməkdaşlığa səsləyir. 100 minlərlə insan anlayır ki, ölkənin gələcəyi Gömrük Ittifaqında deyil, Avrointeqrasiyadadır. Proseslər onu göstərir ki, Avropa Ukraynanı əldən buraxmaq istəmir.

Verilən xəbərlərə görə ABŞ Ukrayna müxalifətinə 100 milyon dollar pul ayırıb. Digər tərəfdən aksiyaçılara zor tətbiq edən şəxslərlə bağlı sanksiya tətbiqi məsələsi müzakirə olunub. Yəni, Qərb Ukraynanın Avropa ailəsinin bir üzvü olmasında israrlıdır.

Yaranmış mənzərə Ukraynada baş verən proseslərdə Azərbaycan üçün də müəyyən mesajların olduğunu göstərir. Çünki, Azərbaycan da Şərq Tərəfdaşlığı proqramına qoşulub. Ancaq, hələki ölkəmiz Assosasiya və Azad Ticarət sazişinə imza atmayıb. Proseslər onu göstərir ki, qarşıdakı illərdə Azərbaycan hakimiyyəti qəti seçim etmək məcburiyyətində qalacaq.

Bəs, Ukraynada baş verənlərdən Azərbaycan hakimiyyəti hansı dərsləri çıxarmalıdır?

Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, baş verənlərdə Azərbaycan hakimiyyəti üçün ciddi dərslər olsa da, hakimiyyət kor-təbii siyasət yeritməklə yanlış nəticələr çıxarır: “Artıq Rusiyanın politoqları da etiraf edirlər ki, Ukraynalılar qazamatda yaşamaq istəmədiklərini göstərdilər. Ukrayna xalqı Rusiyanın diktəsi altında yaşamağın fəlakət olduğunu anlayır. Bu gün Ukraynaya Polşadan, Avropa Birliyindən, Almaniyadan ciddi dəstək var. Azərbaycana gəlincə, görünən reallıq budur ki, hakimiyyət Avropa Birliyi ilə sıx əməkdaşlıqda həvəsli görünmür. Azərbaycan Gürcüstanın, Moldovanın deyil, Orta Asiya ölkələrinin yolu ilə addımlayır. Hesab edirəm ki, xalq hakimiyyətin qarşısında tələb qoymalıdır və hakimiyyəti avrointeqrasiyaya məcbur etməlidir. O, zaman Avropa ölkələrindən xalqa ciddi dəstəklər olacaq. Azərbaycan hakimiyyətində əminlik var ki, xalq ayağa qalxmayacaq. Ona görə də istədikləri ssenarini həyata keçirirlər. Mən hesab edirəm ki, iqtidar düşərgəsində düşünülmüş addımlar atmaq, gələcəyi proqnozlaşdırmaq kimi ənənələr yoxdur. Sadəcə olaraq hakimiyyət emosional, kor-təbii qərarlar qəbul edir. Inanmıram ki, ciddi xalq təzyiqi olmadan hakimiyyət lazımi dərs çıxara bilsin”./azadlıq/
1768 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01
0 yaşlı qadının