Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2015

Məkkədə baş vermiş insidentdə 1 Iranlı həlak olub, 25 nəfər isə yaralanıb

Məkkədə baş vermiş insidentdə İrandan olan bir nəfər həlak olub, 25 -i isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Mehr agentliyi məlumat verir.

Məlumata əsasən, həlak olmuş iranlı Həmədan şəhərindən Məkkəyə gedən zəvvarlardandır. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Məkkə şəhər xəstəxanasına yerləşdirilən yaralılardan 10 nəfəri qadındır.

Məlumata əsasən, baş vermiş insidentlə əlaqədər İranlıların məskunlaşdığı hotellərin birinin elektrik enerjisi kəsildiyindən, oradakı zəvvarlar digər mehmanxanalara köçürülüb.
546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP