Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2015

Rusiya misli görünməmiş hərbi təlimlərə başlayır

Sentyabrın 14-də Rusiyada miqyasına görə misli görünməmiş “Mərkəz - 2015” strateji hərbi təlimləri başlayacaq.

Təlimlərin ilk hazırlıq mərhələsi Mərkəzi Hərbi Dairəsi (MHD) qoşunlarının döyüş hazırlığının sentyabrın 7-də Prezident Vladimir Putinin elan elədiyi əmrlə başlanan qəfil yoxlaması hesab edilir. Davam edən bu təlimlərə 95 min əsgər, 7 min texnika və 170 təyyarə cəlb edilib.

Təlimlər sentyabrın 22-dək davam edəcək.

Yeni manevrlərdə MHD-nin 5, Qazaxıstanın isə 2 poliqonundan istifadə ediləcək. Təlimlərin hədəfi hələ ki, məxfi saxlanılır. Manevrlər 8 gün çəkəcək və MHD-nin on minlərlə hərbçisini, silahlı qüvvələrin, digər nazirliklərin və idarələrin bütün növ dəstlələrini vahid komandanlıq altında birləşdirəcək.

Təlimləri Putin şəxsən müşahidə edəcək./musavat/
631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 09:51