Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2015

Saakaşvili: «Yanukoviç dövründəki inkişaf səviyyəsinə çatmaq üçün 15 il lazımdır»

Odessanın qubernatoru Mixail Saakaşvili Ukraynada ümumi daxili məhsulun səviyyəsinin 184 milyarddan 115 milyarda düşməsini sərt sözlərlə tənqid edib.

Saakaşvili hazırkı vəziyyətinə görə Ukraynanı Afrika ölkəsi olan Qabonla müqayisə edib.

Həmçinin bildirib ki, bu cür inkişaf tempiylə keçmiş prezident Viktor Yanukoviçin dövründəki göstəricilərə çatmaq üçün Ukraynaya 15 il lazımdır.

Mövcud hökumətin bu siyasətinin ölkədə biznes mühitini öldürdüyünü deyən Saakaşvili qeyd edib ki, 53 bankın bağlanmasına görə Ukrayna 18,5 milyard dollar itirib.

Odessa qubernatoru iqtisadiyyatı dirçəltmək üçün Ukrayna hökumətini radikal islahatlara çağırıb.
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı