Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Sentyabr 2015

Azərbaycanın konsulu Hollandiyadan siyasi sığınacaq istədi

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin konsulu Nahid Muxtar oğlu Cəfərov tutduğu vəzifədən azad edilib.

Konsul vəzifəsindən (Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında isə Nahid Cəfərovun attaşe vəzifəsində çalışdığı qeyd olunur-virtualaz.org) kənarlaşdırılandan sonra Bakıya - Xarici İşlər Nazirliyinə dəvət olunub. O isə Bakıya gəlməkdən imtina edib və Niderland Krallığından sığınacaq istəyib.

Məlumata görə, N.Cəfərovun Bakıya gəlməkdən imtina etməsi onun İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri, “üsyankar diplomat” Arif Məmmədovla çox yaxın münasibətlərinin olmasıyla bağlıdır.

Belə ki, işdən azad olunmasını məhz A.Məmmədovla yaxınlığı ilə əlaqələndirən keçmiş konsul Bakıda dostu ilə əlaqədar sorğu-suala tutulacağını, ona açılmış cinayət işiylə əlaqədar dindiriləcəyini, hətta həbs edilmək ehtimalının olduğunu bilib. Buna görə də ölkəsinə qayıtmaqdan imtina edib və sığınacaq üçün aidiyyəti yerlərə üz tutub.

Əldə olunan məlumata görə, Nahid Cəfərovla Arif Məmmədov həqiqətən də vaxtilə yaxın dost olublar və hətta bir yerdə çalışıblar./Aznews/
648 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber