Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2015

BMT: "Daha 1 milyon insan Suriyadan qaçqın düşəcək"

Suriyada münaqişənin davam edəcəyi təqdirdə ilin sonunadək daha 1 milyon insan qaçqın düşəcək.
“BBC”-nin yaydığı xəbərə görə, bu barədə BMT-nin Suriyadakı humanitar məsələlər üzrə əlaqələndiricisi Yaqub əl-Hillo bildirib.

O, Suriyadakı əhaliyə beynəlxalq yardımın həcminin artırılmasına çağırıb. Yaqub əl-Hillonun sözlərinə görə, münaqişənin həlli istiqamətində tədbirlərin görülməyəcəyi təqdirdə, Suriyada qaçqın axını hələ bir neçə ay davam edəcək, Avropada isə qaçqınlarla bağlı vəziyyət II Dünya Müharibəsinin sonundakı vəziyyəti təkrarlayacaq.

Qeyd edək ki, Suriyada 2011-ci ildən davam edən münaqişə ərzində 250 minədək adam ölüb, 4 milyon nəfər ölkəni tərk edib, 7,6 milyon sakin məcburi köçkün olub.
550 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı