Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2015

"Qiyamçı səfir" XİN-in yalanını çıxardı

Xəbər verdiyimiz kimi, ölkə mediası Niderlanddakı səfirliyimizin konsulu olmuş Nahid Cəfərovun Azərbaycana qayıtmaqdan imtina etdiyi və həmin ölkədən siyasi sığınacaq istədiyi haqda məlumat yayıb. Məlumatda onun problemlərinin qaynağı kimi, "qiyamçı diplomat" Arif Məmmədovla dostluq əlaqələrinin olması və bu səbəbdən də ölkəyə qayıtmadığı göstərilirdi.

Maraqlıdır ki, dünən günün sonunda məlumata münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti XİN sistemində belə bir adamın işləmədiyini vurğulamaqla mövzudan yayınmağa çalışmışdı.

Ancaq sabiq diplomat Arif Məmmədov da məsələyə münasibətini açıqlayıb və Nahid Cəfərovun Niderlanddakı səfirliyimizin konsulu işlədiyini, həmin ölkədən sığınacaq istədiyini və onunla da çox yaxşı münasibətlərinin olduğunu təsdiqləyib.

Arif Məmmədov özünün Facebook səhifəsində yazıb: “Bu gün mətbuatda Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin konsulu Nahid Cəfərovla bağlı yayılan məlumatlara aydınlıq gətirmək istərdim. Əslində, dünənki yazımda da qeyd etmişdim ki, bizim diplomatlara qarşı təzyiqlər dayanmasa, siyasi qaçqın statusu almaq üçün müraciət edən diplomatların sayı artacaq. Siyasi sığınacaq statusu almaq əslində bizim xaricdə qalmaq arzumuzdan deyil, ailələrimizi qorumaq üçün atılan məcburi addımdır və bizim məqsədimiz demokratik Azərbaycan uğrunda işlərimizi müvəqqəti olaraq buradan davam etdirməkdir.

Nahid Azərbaycan Diplomatik Akademiyasının və Avropa Təhlükəsizliyi üzrə Cenevrə Mərkəzinin məzunudur. O, həddindən artıq savadlı, vətənpərvər, geniş dünyagörüşü olan gəncdir. Mən 2012 ildə XİN-nə dönərək Nahidlə tanış oldum və bu gəncdə olan zəka və bacarıq mənı valeh etdi. Məhz bu keyfiyyətlərinə görə Nahidlə birgə Azərbaycanda insan hüquqlarının bərpası fonunda qərb dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsini özündə əks etdirən plan üzrə çalışırdıq. Mən əminəm ki, Nahid kimi savadlı və peşəkar kadırların olması Azərbaycanın gələciyinin güvənli əllərdə olduğunu göstərir”.
615 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı