Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2015

Tacikistan: qiyamçı general ölməyib, sağdır, mühasirədədir

Tacikistan müdafiə nazirinin sabiq müavini, qiyamçı general Əbdülhalim Nazorzadənin məhv edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. Bu barədə TASS agentliyi Ramit dərəsində aparılan antiterror əməliyyatının gedişindən xəbərdar olan mənbəyə istinadən məlumat verib.

Mənbənin sözlərinə görə, Nazorzadə sağdır, onun gizləndiyi yer müəyyən olunub, aradan çıxa biləcəyi yerlər mühasirəyə alınıb. Mənbə qeyd edib ki, generalın ölümü əməliyyat zamanı sağ ələ keçirilən tərəfdarları tərəfindən təkzib edilib. Onlar Nazorzadənin sağ olduğunu bildiriblər.

Qeyd edək ki, qiyamçı generalın həlak olması barədə xəbər "Aziya-plyus" agentliyi tərəfindən respublikanın hüquq-mühafizə orqanlarına istinadla yayılmışdı./musavat/
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı