Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Sentyabr 2015

Devid Kemeron: “Artıq təhlükədəyik”

İngiltərənin Baş naziri Devid Kemeron İşçi Partiyasına solçu fikirləri ilə tanınan Ceremi Korbinin sədr seçilməsini təhlükəli hesab edir.

Baş nazir solçuların hakimiyyətə gələcəyi təqdirdə İngiltərənin xarici siyasətində böyük dəyişikliklərin olacağını deyib:

“İşçi Partiyası artıq milli təhlükəsizliyimiz üçün təhlükə yaradır. Bu təhlükə eyni zamanda iqtisadiyyatımıza və ailələrimizə aiddir”.

Kemeron ayrıca, Korbinin keçmişdə Hizbullah və HƏMAS ilə dostluq münasibətləri qurmaqda maraqlı olduğunu iddia edib.

Xatırladaq ki, dünən 66 yaşlı Ceremi Korbin İşçi Partiyasının yeni sədri seçilib.
522 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 00:45