Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

14 sentyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə gündüz şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23°, gündüz 25-30° isti,Bakıda gecə 21-23° , gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinə gəlincə, əksər bölgələrdə havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin səhər və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 29-34° isti, dağlarda gecə 9-14°, gündüz 19-24° isti olacağı gözlənilir.
595 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...