Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Rövnəq Abullayevin şüşəli qəsri

Deyəcəksiniz ki, şüşəli qəsr axı nağıllarda olur. Özü də yeddi qardaş divin qəsri. Amma təəcüblü heç nə yoxdur, çünki artıq nağıllarımız da neftin pulları hesabına gerçək olur. Deyəcəksiz Şüşəli qəsr hara neft hara, heç aidiyyatı var? Əslində var. Yazacaqlarımı oxuyandan sonra mənə haqq verəcəksiniz. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Heydər Əliyev adına Binə Beynəlxalq Hava Limanının yanında 17 hektarlıq ərazidə böyük bir kompleks tikdirir. Kompleksin inşasına artıq bir neçə ildir başlanıb və 2015- ci ildə yekunlaşdırılması nəzərdə tutulub. Kompleksin nəhəng bir ərazini əhatə edir :Binə Hava limanından Buta palasa, oradan isə Ramana qəsəbəsinə qədər. Əslində bu ərazinin bu qədər böyük olması məndə heç bir təəcüb doğurmur. Çünki Rövnəq "müəllim” Azərbaycanın ən çox satılan nemətinin rəhbəridir.
Kompleks bir neçə hissədən ibarətdir. Ərazidə süni olaraq yaradılmış gölün ortasında alman mütəxəsisləri tərəfindən şüşəli qəsr yığılır. Kompleksin digər bir hissəsi atlar üçün ayrılıb. Əldə etdiyimiz məlumata görə, kompleksin ərazisində atlar üçün tikilən tövlə 600min manata başa gəlir. Həmin tövlə isə üç dəfə sökülərək yenidən tikilib. Və nəticədə məlum olur ki, yalnız tövlə üçün bir milyon səkkiz yüz min manat sərf edilib. Fikirləşirsiniz ki, bu qədər bahalı tövlə nəyə lazımdır? Bu "yersiz” sualın cavabında demək istəyirəm ki, qiyməti milyonlarla ölçülən yarış atları adi tövlədə yaşamıyacaqlar ki. Britaniya adasından, Amerika qitəsindən gətirilmiş atlar bizim şəraitə adaptasiya olamaları üçün çalışılır. Yeri gəlmişkən deyək ki, orda bahalı amma nəsli kəsilmək üzrə olan qarabağ atları da var. 
Bu yalnız ölkəmizdəki məmur oliqarxlardan birinin "obyekti” dir. Neft pullarının hara və necə xərcləndiyinin daha bir göstəricisi... Bundan başqa onun və digər məmur-oliqarxların qeyri-qanuni hansı gəlirləri var, bunu hələki özləri bilir. Amma bizim də media olaraq vəzifəmiz belə faktları aşkarlamaqdır.
P.S. Aşağıdakı şəkillər uzaqdan çəkildiyindən tikililər tam görünmür. Foroşəkillərin uzaqdan cəkilməsi ərazinin ciddi mühafizə olunmasıyla bağlıdır. Hündür divarlar və mühafizə sistemi cəkilişlərə mane oldu.../Starxeber. 



1676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39