Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

İraq: “Türkiyə suverenliyimizi pozur”

İraq Xarici İşlər naziri İbrahim əl Cəfəri Türkiyənin PKK-ya qarşı apardığı əməliyyatlara münasibət bildirib.

İbrahim əl Cəfəri Şimali İraqda aparılan əməliyyatların Bağdadla koordinasiya edilməsinin vacib olduğunu deyib.

“Röyter”ə danışan nazir ötən həftə “İraqın suverenliyinin pozulması” olaraq xarakterizə etdiyi əməliyyata etiraz etmək məqsədiylə Türkiyənin Bağdad səfirinin nazirliyə çağırıldığını bildirib:

“Türkiyənin təhlükəsizliyinin tərəfdarıyıq. Türkiyənin özünü müdafiə etmək haqqı var. Ancaq İraq hökuməti və ordusu ilə koordinasiya olmalıdır”.
391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber