Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Türkiyədə gərginlik davam edir: yaralılar var

Türkiyənin Diyarbəkir vilayətində polislə iznsiz aksiya keçirən kürdlər arasında gərginlik baş verib. Üüzlərinə maska keçirmiş aksiyaçılar daş, dəyənək, fişəng, molotof kokteyli və s. vasitələrlə polisə hücum ediblər.

Ötən gün, gündüz saatlarında başlayan zorakılıq halları gecə saatlarında öz şiddətini artırıb. Aksiyaçılar başda Mərkəz, Bağlar və Yenişehir rayonları olmaqla müxtəlif yerlərdə yollarda barrikadalar quraraq avtomobillərin hərəkətini məhdudlaşdırıb və polisə qarşı hücumları intensivləşdiriblər.

Polislər isə aksiyaçılara gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə ediblər.

Yenişehir rayonu Seyrantepe məhəlləsində tərəflər arasında başlayan atışma zamanı 4 mülki sakin yaralanıb. Yaralılar təcili yardımla Diyarbəkir Təlim və Araşdırma xəstəxanasına çatdırılıblar. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Şəhərdə vaxtaşırı atəş və partlayış səsi eşidilsə də polis bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib.
452 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP