Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Eldar Əzizov Sumqayıtı "dağıdıbsa", Səbail rayonuna hansı əsasla göndərilib?

İcra başçıları Əliyevi necə ifşa edir?

Eldar Əzizov Sumqayıtı bərbad günə qoyubsa, Səbail rayonuna hansı əsasla göndərilib?

Azərbaycanda kadr islahatlarının necə həyata keçirildiyi hamıya məlumdur. Gənc kadrların önə çəkilməsi, uzun illər vəzifədə olanların işdən azad edilməsi praktikası bizdə mövcud deyil. Sadəcə olaraq vəzifəli şəxslərin yerdəyişmə prosesi baş verir. Beləliklə, kadr islahatları görüntüsü yaradılır və mənfi reputasiyaya sahib olan şəxslər ömürlük vəzifədə qalır. Xüsusən də Ilham Əliyevin icra başçıları ilə bağlı sərəncamları “şedevr” olur. Əliyev icra başçılarını bütün rayonlarda gəzdirməklə islahat həyata keçirir.

Bugünlərdə ölkə başçısının sərəncamı ilə icra başçıları yenidən “dəyiş-düyüş” olundu. Amma yenə də qaş düzəltdikləri yerdə göz çıxardılar. Belə ki, icra başçılarının ilk cəhdləri əslində hakimiyyətin ifşası ilə start götürdü.


Sumqayıt şəhərini Eldar Əzizovdan təhvil götürən Zakir Fərəcovun tənqidləri göstərdi ki, şəhər biabırçı vəziyyətdə imiş. Zakir Fərəcov ÿşəhərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, tikinti qaydalarının kobud şəkildə pozulduğunu, şəhərin estetik görünüşünün bərbad hala salındığını və tikintilərin şəhərin Baş planına uyğun olaraq aparılmadığını, bağlar yolunun, qəbiristanlıq yolunun bərbad gündə olduğunu, marşrut yollarının dəhşət saçdığını dilə gətirib. Daha sonra sahibkarların incidildiyinə, onlara süni əngəllər yaradıldığına, yaşıllıqların məhv edildiyinə diqqət çəkib. Icra başçısı Təhsil şöbəsinin müdirÿəvəzi Vaqif Ələkbərovu da hədəf seçib. O, iclas zamanı deyib ki, şöbəÿ müdiriÿəvəzi sentyabrın 8-də şəhərdəki bütün məktəb direktorlarının hərəsindən 500 manat pul yığaraq, guya ayın 10-da keçiriləcək konfransÿərəfəsi kimlərəsə hədiyyə alınacağını bildirib. Vaqifÿ Ələkbərovun digər qanunsuz əməllərini də sadalayan icra başçısı onu birbaşa iclas zalından qovub.

Göründüyü kimi, yeni icra başçısı Sumqayıtda acınacaqlı vəziyyətin hökm sürdüyünü deyir, ağır ittihamlar səsləndirir. Məsələ burasındadır ki, Sumqayıtın keçmiş icra başçısı Eldar Əzizov olub. O Əzizov ki, hər il ölkə başçısının doğum günündə ucsuz-bucaqsız tort hazırladırdı. Indi yeni icra başçısı deyir ki, Eldar Əzizov tort bişirməkdən başqa heç nə etməyib. Bütün bunları ona görə xatırladırıq ki, Eldar Əzizov hazırda Səbail rayonunun icra başçısıdır.

Əgər bu adam Sumqayıtı viran qoyubsa, yeni icra başçısı bunu etiraf edirsə, bu adamı yenidən icra başçısı təyin etmək hansı zərurətdən doğub? Belə çıxır ki, Eldar Əzizov paytaxtın bir nömrəli rayonunu dağıtmaq üçün təyin olunub.

Cənablar, bunları müxalifət demir, Sumqaytın yeni icra başçısı deyir. Adam təyin olunduğu gündən bir dənə müsbət işi dilə gətirməyib. Bütün bunlardan sonra Eldar Əzizov vəzifədən azad edilməliydi. Daha kobud desək, Əliyev epidemiyanın yayılmasını sürətləndirməklə məşğuldu. Sadə vətəndaşın şikayətçi olduğu, adına lətifələr qoşulmuş şəxsləri yenidən vəzifəyə təyin etmək, ancaq Azərbaycan kimi ölkələrdə mümkündür. Artıq o biri icra başçıları da kadr dəyişikliyinə başlayıb.

Əslində baş verənlər icra başçılarının dili ilə Ilham Əliyevin ifşasıdır. Özünü işgüzar göstərmək istəyən “yenilər” Əliyevin yarıtmaz kadrlarla işlədiyini və yarıtmazlığı daha böyük mükafatla tətltif etdiyini təsdiqləyirlər./azadlıq/
399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 17:27