Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

İŞİD terrorçuları insan orqanları ticarətinə başlayıb

İŞİD terror təşkilatı insan orqanları ticarətinə başlayıb.

SalamNews-un "Al Arabia"ya istinadla verdiyi xəbərə görə, bunun üçün terrorçular İraqın Mosul şəhərində "ixtisaslaşmış klinika" açıblar.

İraqın Kürdüstan Demokratik Partiyasının rəsmi nümayəndəsi Səid Mamuzininin sözlərinə əsasən, insan orqanlarının alışı və satışı üzrə "ixtisaslaşan klinika" ölkənin keçmiş prezidenti Səddam Hüseynin Mosuldakı sarayının bazasında yaradılıb.

Terrorçular yerli həbsxanalarda saxlanılan məhbusların orqanlarını çıxarırlar. Onları ölüm və hər hansı orqanlarının çıxarılması arasında seçim etməyə vadar edirlər.

Əməliyyatları İŞİD sıralarından olan "tibb işçiləri" həyata keçirirlər.

Mamuzini bildirib ki, "klinika"ya təkcə terrorçuların düşmənlərinin yox, İraq qoşunları ilə toqquşma zamanı öldürülən İŞİD üzvlərinin özlərinin də cəsədləri ötürülür.
518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber