Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

"Coca-cola"nın başımıza açdığı bəlalar

Bir fincan koka-kolanın bir saatda bədəninizə etdiyi zərərə inana bilməyəcəksiniz. Coca-cola niyə insanı kökəldir? İlk 10 və ilk 40 dəqiqədə baxın kola bədəndə qan şəkərini necə təsir edir?

Ürək xəstəlikləri üzrə ekspert Prof. Dr. Canan Karatay, bir stəkan coca-colanın 60 dəqiqədə bədənə verdiyi zərərləri açıqlayıb.

1. İlk 10 dəqiqədə: Qanınıza dərhal 10 çay qaşığı qədər şəkər daxil olur. Bu normal gündəlik dozanın 100 mislidir. Ürək bulantısı yaratmamasının səbəbi tərkibindəki fosforik asiddir.

2. İlk 20 dəqiqədə: Qandakı şəkərin miqdarı yüksəlir. Bunun nəticəsində həddindən artıq dərəcədə insulin sekresiyası baş verir və qan şəkərinin çoxu qaraciyərdə yağ olaraq yığılmağa başlayır.

3. 40 dəqiqə ərzində: Qan təzyiqi yüksəlir, qandakı şəkərin miqdarı da yenidən yüksəlmiş olur.

4. 45 dəqiqə içində: Beyində dopamin istehsalı artır, nəticədə xoşbəxtlik hissi baş qaldırır (heroinin təsirinə bənzər bir təsir meydana gəlir.)

5. 60 dəqiqə içində: Ani aclıq hissi meydana gəlir.

6. Şirniyyatlara istəyiniz daha da artır.

7. Bu içkinin müntəzəm qəbulu zamanı qaraciyər piylənməsinə, qarın bölgəsində artıq yağlanmaya səbəb olur.

8. Köklük yaradan coca-cola, həm də bütün degenerativ xəstəliklərin səbəbidir.
759 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı