Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Yerin altında gizli nasist şəhəri var

Hitlerin qızıl dolu qatarının tapıldığı Polşanın Valbrzik şəhərindən daha bir şok xəbər gəlib.

Yerin altında minlərlə insanın yaşaya biləcəyi nəhəng gizli şəhər tapılıb.

Polşalı kəşfiyyatçı ölkənin cənub-qərbində nasistlərin II Dünya Müharibəsi zamanı minlərlə insanı qorumaq üçün inşa etdikləri nəhəng yeraltı sistemi tapdığını iddia edib.

Krzysztof Szpakovski mətbuat konfransında tapdığı şəhərdə dəmir yolu tunelləri, dəhlizlər və sığınacaqların da yerləşdiyi "Riese"(Nəhəng) adlı sistemin bir hissəsinin olduğunu söyləyib.

Szpakovski "Şəhər Hitlerin yaxın ətrafını atom bombası hücumundan qorumaq üçün nəzərdə tutulub" deyib.

Valbrzyç şəhərinin rəsmiləri Szpakovskinin iddialarının araşdırılacağını bildirib.

Qeyd edək ki, ötən ay iki nəfər eyni şəhərdə qiymətli daşlar və qızılın olduğu alman qatarının yerini tapdıqlarını bildirmişdi. Bu şəhər II Dünya Müharibəsi qurtarana qədər Almaniya torpağı kimi qəbul edilirdi.
496 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
<