Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Dekabr 2013

Maradona İrana gedir

Dünya futbolunun əfsanələrindən sayılan Dieqo Maradona İrana səfər edəcək. Bunu İran Futbol Federasiyasının sədri Əli Kəffaşian deyib. Trend-in məlumatına görə, bu barədə Afkarnews xəbər saytı məlumat verir.

Kəffaşian bildirib ki, Maradona futbol üzrə 2014-cü il dünya çempionatında İran milli komandasının formasının təqdimat mərasimində iştirak edəcək. Mərasimin yanvarın əvvəllərində Tehranda keçiriləcəyi gözlənilir.

Kəffaşianın sözlərinə görə, rəsmi dəvətnamə artıq Maradonanın ofisinə göndərilib.

İran 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Argentina, Nigeriya və Bosniya və Herseqovina ilə bir qrupdadır.
1670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır
15.01.17, 14:42
Hərbçimiz şəhid oldu
Go to TOP