Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Ermənilərlə azərbaycanlılar arasında kütləvi dava: balakənli gənc öldü

Volqoqraddakı barda azərbaycanlılarla ermənilər arasında baş vermiş dava-dalaşın bəzi təfərrüatları bəlli olub.

Davanın baş verdiyi “Bariton” karaoke-barının erməni sahibinin oğlunun ov tüfəngindən açdığı atəş nəticəsində ölən şəxs milliyyətcə azərbaycanlı – Azərbaycanın Balakən rayonundan olan 24 yaşlı Eduard Nəbioğludur.

***

Rusiyanın Volqoqrad şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Dava-dalaş sentyabrın 13-də gecə şəhərdəki “Bariton” karaoke-barında olub. 10 nəfərdən çox adamın qatıldığı davada bir nəfər güllələnib.

Şahidlərin verdiyi məlumata görə, barın müştəriləri arasında baş verən insidentə “Bariton”un sahibinin oğlu da qoşulub və o, ov tüfəngindən atəş açaraq gənclərdən birini yaralayıb./virtualaz/
425 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:56