Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Sentyabr 2015

Rusiya BMT baş katibi postuna namizədini irəli sürdü

Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin yeni baş katibi postuna namizədini irəli sürüb.

“RİA-Novosti” xəbər verir ki, Lavrov BMT-nin Şərqi Avropa nümayəndəsinin baş katibi postuna seçilməsini təklif edib.

Rusiyanın baş diplomatı xatırladıb ki, BMT-da beş - Asiya, Latın Amerikası, Afrika, Qərbi Avropa və Şərqi Avropa qrupları mövcuddur və ilk dörd qrup son vaxtlar BMT-yə rəhbərlik edib.

Qeyd edək ki, BMT-nin baş katibi Pan Gi Munun səlahiyyət müddəti 2016-cı ildə başa çatır. BMT-nin nizamnaməsinə əsasən, o, növbəti seçkilərdə namizəd ola bilməyəcək.
399 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber